GEOTEKTURANIN ELEMENTİ

Yer relyefinin ən nəhəng, birinci dərəcəli elementi (materik çıxıntısı, okean çökəkliyi, iri dağ sistemi və s.), ümumi planetar miqyaslı qüvvələrlə əmələ gəlir. елемент геотектуры element of geotecture
GEOTEKTURA
GEŞ
OBASTAN VİKİ
AND elementi
AND elementi məntiqi əlaqələrdə tətbiq edilən əsas rəqəmli məntiq elementidir –bu sağdakı riyazi cədvələ uyğun şəkildə özünü göstərir. Əgər AND elementində hər iki giriş maximum 1 olarsa , yalnız o zaman maxsimum çıxış 1 alınar. Əgər AND elementində yalnız bir giriş maxsimumdursa, nəticə minimum alınar. AND elementləri üçün 3 simvol var: Amerikan simvolu (ANSİ və ya "hərbi"), IEC (Avropa və ya düzbucaqlı), həmçinin də DIN simvolu. AND elementi A və B girişləri və çıxış C ilə məntiqi ifadəni yerinə yetirir: C=A•B. AND elementi adətən N-kanallı və ya P-kanallı metal oksid yarımkeçirici sahə effekti tranzistorularından (MOYSET) istifadə edilərək işlənib hazırlanır.Əsas rəqəmli girişlər a və b, çıxış F AND funksiyası kimi eyni nəticəyə malik olmalıdır. Əgər heç bir səciyyəvi AND elementləri mövcud olmazsa, bir NAND və ya NOR elementlərindən hazırlana bilər, çünki NAND və NOR elementləri universal elementlər qəbul edilib.Buna görə də onlar başqalarının (başqa elementlərin) yerinə istifadə edilə bilər. Həmçinin XOR elementləri AND elementi ilə orşar istifadə edilə bilər,lakin nadir hallarda bunun üçün istifadə olunur.
Məntiq elementi
Məntiqi element — Bul funksiyasını yerinə yetirən fiziki qurğudur. O, bir və ya bir neçə məntiqi girişlərdə məntiqi əməliyyatı yerinə yetirir və sadə məntiqi çıxışları göstərir. Məntiq elementləri ilk növbədə elektron açarlar kimi fəaliyyət göstərən tranzistorlar və diodlar istifadə edərək yerinə yetirilir, həmçinin molekullar,optika, elektromaqnit relelər və hətta mexaniki elementlər istifadə edərək qurula bilər. yapışdırıcı məntiq — (ing. glue logic, ru. связующая логика) – kompüterin bir əsas hissəsini başqa bir hissə ilə birləşdirmək üçün zəruri olan nisbətən sadə məntiqi sxemlər. Məsələn, mikroprosessorların bir çoxu mərkəzi prosessor (CPU) ilə yaddaş (MEMORY) arasında yapışdırıcı məntiqin olmasını tələb edir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
NAND elementi
NAND elementi (İNKAR AND və ya NOT AND) — Rəqəmli elektronikada,yalnız bütün girişlər 1 (true) olanada, çıxışdakı məlumat 0 (false) alınan məntiqi element. Əgər hər iki giriş elementləri yalnız maxsimum 1 olarsa,nəticədə çıxış minimum-0 alınar. Əgər bir və ya hər iki giriş minimum 0 olarsa, nəticədə çıxış maxsimum-1 alınar. Bu tranzistorlarda istifadə edilir. NAND elementləri əhəmiyyətlidir, çünki istənilən Bul funksiyası NAND elementlərinin kombinasiyasından istifadə edilərək yerinə yetirilə bilər.Bu xüsusiyyət funksional tamlıq adlanır. NOT(a1 AND a2 AND … AND an)funksiyası NAND(a1, a2, …, an) funksiyasının ekvivalentidir. NAND elementləri üçün 3 simvol var. MIL/ANSI simvolu, the IEC simvolu və DIN simvolu. NAND elementləri əsas məntiqi elementlərdir və onlar TTL və CMOS İnteqral sxemlərdə tanınırlar. NAND elementlərinin funksional tamlıqlarının xüsusiyyətləri var.Yəni ki,istənilən başqa məntiqi funksiyalar (AND,OR, və s.) yalnız NAND elementlərindən istifadə edərək yerinə yetirilə bilər.Tam prosessor tək NAND elementlərindən istifadə edilərək yaradıla bilər.
NOR elementi
NOR elementi — ortaq inkarı yerinə yetirən rəqəmli məntiq elementidir-bu sağdakı cədvələ uyğun şəkildə özünü göstərir. Əgər hər iki giriş elementləri minimum 0 olarsa, nəticədə çıxış maxsimum, yəni 1 alınar. Əgər bir və ya hər iki giriş maxsimum 1 olarsa, nəticədə çıxış minimum, yəni 0 alınar. NOR elementləri üçün üç simvol var:Amerikan simvolu (ANSİ və ya "hərbi"), IEC (Avropa və ya düzbucaqlı), həmçinin də DIN simvolu.
NOT elementi
Rəqəmli məntiqdə, çevirici və ya NOT elementi məntiqi inkarı yerinə yetirən məntiq elementidir (Cədvəl 1).
OR elementi
OR elementi məntiqi ayrılmanı yerinə yetirən rəqəmli məntiq elementidir.Əgər bir və ya hər iki giriş maxsimum 1 olarsa,nəticədə çıxış maxsimum 1 alınar.Əgər heç bir giriş maxsimum qiymət almazsa,nəticədə çıxış minimum-0 alınar. OR elementi üçün 3 simvol var: Alman(GNSI və "hərbi") simvolu, IEC simvolu və DIN simvolu. Əgər heç bir müəyyən OR elementləri mümkün deyilsə,aşağıdakı şəkildə göstərilən konfiqurasiyada NAND və ya NOR elementlərindən istifadə edilə bilər.İstənilən məntiqi element NAND və ya NOR elementlərinin birləşməsindən hazırlana bilər.
XNOR elementi
XNOR elementi xüsusi OR elementinin tərsi olan funksiyanın rəqəmli məntiq elementidir.Sağdakı cədvələ uyğun şəkildə iki giriş versiyanın məntiqi ekvivalentliyini həyata keçirir.Əgər hər iki giriş elementi eyni olarsa, çıxış maxsimum-1 alınar.Əgər hər iki girişdən yalnız biri maxsimum(1) olarsa,nəticədə çıxış minimum (0) alınar. XNOR elementi üçün iki simvol var: xarakterik simvol və düzbucaqlı simvol. Əgər heç bir müəyyən XNOR elementləri mümkün deyilsə,aşağıda göstərilmiş birləşmələrdə beş NAND elementindən və ya dörd NOR elementindən istifadə edilə bilər.Faktiki olaraq, istənilən məntiqi element yalnız NAND elementləri və ya yalnız NOR elementlərinin birləşməsindən hazırlana bilər.
XOR elementi
XOR elementi (bəzən EOR elementi və ya EXOR elementi adlanır) — xüsusi ayrılmanı (yəni, hər iki giriş fərqli olanda çıxışda 1 (true) alınan məntiqi əməliyyatdır) yerinə yetirən rəqəmli məntiq elementidir. Əgər girişlərdən yalnız hər hansı biri 1 olarsa, nəticədə çıxış maxsimum, yəni 1 (true) alınar. Əgər hər iki giriş minimum 0 (false) və ya hər ikisi 1 (true) olarsa, nəticə minimum 0 (false) alınar. A ⋅ B ¯ + A ¯ ⋅ B {\displaystyle A\cdot {\overline {B}}+{\overline {A}}\cdot B} və ( A + B ) ⋅ A ⋅ B ¯ {\displaystyle (A+B)\cdot {\overline {A\cdot B}}} hər iki cəbri ifadə A və B girişləri olan XOR elementini təsvir edir. XOR elementi üçün iki simvol var: Ənənəvi simvol və IEEE simvolu.
Eyvan (memarlıq elementi)
Eyvan (Farsca: ایوان eyvān, ərəbcə: إيوان Iwan) üzəri daha çox tağlarla örtülmüş; Üç tərəfi bağlı, bir tərəfi tam açıq olan bir memarlıq elementidir. Eyvana İran memarlığında, Səlcuq və Osmanlı memarlığında tez-tez rast gəlinir.